Xəzər Xəbər

“Rosneft” İraq Kürdüstanı ilə neft kəşfinə başlamaq barədə razılığa gəlib

İqtisadiyyat | 14:56 • 19 Oktyabr 2017
“Rosneft” İraq Kürdüstanı ilə neft kəşfinə başlamaq barədə razılığa gəlib

Rusiyanın ən böyük neft istehsalçısı olan "Rosneft” şirkəti İraq Kürdüstan Regional Rəhbərliyi (İKRR) ilə Şimali İraqdakı 5 blokda neft kəşfinə başlamaq barədə razılığa gəlib.


AZƏRTAC şirkətə istinadla xəbər verir ki, "Rosneft” bunun üçün İKRR-yə 400 milyon dollar vəsait ödəyəcək. Şirkət buradan hasil edilən neft hesabına 200 milyon dollar gəlir əldə etməyi nəzərdə tutur. Yataqlarda hasilata 2021-ci ildə başlanılması planlaşdırılır. Pilot istehsala isə 2018-ci ildə başlanılacaq. Həmin 5 blokda 670 milyon barrel neft ehtiyatı var.


Xatırladaq ki, "Rosneft” İraq Kürdüstan Regional Rəhbərliyi ilə ötən ay təbii qaz müqaviləsi də imzalamışdı.

Xəbər lenti