Xəzər Xəbər

Qızıl almaq istəyənlər tələsin... BAHALAŞACAQ

İqtisadiyyat | 13:45 • 18 Oktyabr 2017
Qızıl almaq istəyənlər tələsin...

Məhərrəm ayının olması ilə bağlı Azərbaycanın qızıl bazarında durğunluq müşahidə edilir. Ekspertlər bildirir ki, növbəti ayın ortalarından başlayaraq, daxili bazarda qızıla tələb yenidən yüksələcək.

İqtisadçı Natiq Cəfərli Metbuat.az-a açıqlamasında qeyd edir ki, Məhərrəm ayından sonra Azərbaycanın qızıl bazarında yenidən canlanma olacaq:

"Dünya bazarında qızılın qiymətində son 1 həftədir ciddi dəyişiklik olmayıb. Qiymət gün ərzində az miqdarda qalxır və enir. Bu da dünyadakı bütün qızıl qiymətlərinə təsir göstərir. Azərbaycanda qızılın qiymətinin aşağı, yaxud yuxarı olmasının özünəməxsus xüsusiyyətləri var. Toy mövsümündə qızıla daha çox tələbat yaranır və qiymətlərdə müəyyən dəyişikliklər olur. Düşünürəm ki, Məhərrəm ayından sonra, toy mövsümü başlayan kimi Azərbaycanın qızıl bazarında yenidən canlanma olsun. Qiymətlərdə az da yüksəlik nəzərə çarpa bilər”.

Xəbər lenti

Çox oxunanlar