Xəzər Xəbər

Bu il Azərbaycan iqtisadiyyatına 6,6 milyard manat investisiya yatırılıb

İqtisadiyyat | 11:15 • 15 Oktyabr 2017
Bu il Azərbaycan iqtisadiyyatına 6,6 milyard manat investisiya yatırılıb

Bu ilin yanvar-sentyabr aylarında xarici müəssisə və təşkilatlar tərəfindən əsas kapitala 6 603,9 mln. manat vəsait yönəldilib. Bu barədə Dövlət Statistika Komitəsindən bildirilib.


Xarici ölkələr və beynəlxalq təşkilatların vəsaitləri hesabına əsas kapitala yönəldilmiş vəsaitin 5743,0 mln. manatı və ya 87,0%-i Birləşmiş Krallıq, Türkiyə, Malayziya, İsveçrə, Rusiya, İran, Yaponiya, ABŞ, Çexiya və Norveç sərmayədarlarına məxsus olub.


Qeyd edək ki, 2017-ci ilin yanvar-sentyabr aylarında ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 11090,8 mln. manat və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 1,0% az vəsait yönəldilib. İstifadə olunmuş vəsaitin 8615,4 mln. manatı və ya 77,7%-i məhsul istehsalı obyektlərinin, 1778,7 mln. manatı və ya 16,0%-i xidmət sahələri üzrə obyektlərin, 696,7 mln. manatı və ya 6,3%-i isə ümumi sahəsi 1263,0 min kvadratmetr olan yaşayış evlərinin tikintisinə sərf olunub.


Daxili mənbələrdən əsas kapitala yönəldilmiş vəsaitin dəyəri ümumi sərmayənin 40,5%-ni təşkil edib.

Xəbər lenti

Çox oxunanlar