Xəzər Xəbər

Qasırğa neftin qiymətini ucuzlaşdırdı

İqtisadiyyat | 17:53 • 6 Oktyabr 2017
Qasırğa neftin qiymətini ucuzlaşdırdı

Meksika Körfəzinə doğru hərəkət edən "Neyt” qasırğası neftin qiymətinin 1 dollardan çox ucuzlaşmasına səbəb olub.

Neft-qaz şirkətləri qasırğa səbəbindən Meksikanın Körfəzindəki işçilərini evakuasiya etməyə başlayıblar. Körfəzindəki şirkətlər neftin istehsal həcminin 14,5 faizini, təbii qaz hasilatının isə 6,4 faizini dayandırıb. Beləliklə də, bölgədə neft hasilatı gündəlik 254,6 min barrel azalıb.

Hazırda "Layt” markalı neft Nyu-Yorkun NYMEX birjasında 49,50 dollar/barrelə, "Brent” nefti isə Londonun ICE birjasında 55,97 dollar/barrelə alıcı axtarır.

Qeyd edək ki, "Neyt” qasırğası ilə əlaqədar ABŞ-ın Alabama, Luiziana, Florida və Missisipi ştatlarında fövqəladə vəziyyət rejimi elan olunub. Hazırda Nikaraqua və Honduras sərhədlərində olan "Neyt” oktyabrın 7-də axşam saatlarında ABŞ sahillərinə çatacaq. Qasırğanın episentrində küləyin sürəti saatda 120 kilometrə çata bilər. Qasırğa Nikaraqua və Kosta-Rikada 22, Hondurasda isə 3 nəfərin ölümünə səbəb olub.

Xəbər lenti