Xəzər Xəbər

Rayonlarda da 100 manatlıq evlər tikiləcək? Agentlik açıqladı

İqtisadiyyat | 13:50 • 28 İyul 2017
Rayonlarda da 100 manatlıq evlər tikiləcək?

Sosial mənzillərdən bəziləri bu ilin sonunda satışa çıxarılacaq.

Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) tərəfindən güzəştli kateqoriya üçün inşa edilən "Yasamal Yaşayış Kompleksi”ndə tikinti işləri sürətlə davam etdirilir.

İlk 9 mərtəbəli yaşayış binasında və 3 mərtəbəli, 960 yerlik ümumtəhsil məktəbində son tamamlama işləri gedir. Qeyd edək ki, satış haqda elan verildikdən sonra müraciəti təsdiqlənmiş vətəndaşlar elektron kabinetlərinə daxil olaraq mənzillər barədə ətraflı məlumat ala və istədikləri mənzili seçə biləcəklər. İlk dəfə olaraq sosial evlərin tikintisinə investor olaraq tikinti şirkəti də cəlb edilib. Həmin 3 binadan biri Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamına veriləcək və güzəştli şərtlərlə satılacaq. Digər 2 binanı isə tikinti şirkəti özü istədiyi şərtlərlə, istədiyi şəxsə sata biləcək.

Maraqlıdır, görəsən, sosial mənzillərin inşasının Azərbaycanın bölgələrində də nəzərdə tutulubmu?

Agentliyin mətbuat katibi Diana Dadaşova müxbirimizlə söhbətində hələ ki, belə bir planın olmadığını söylədi. Əlavə etdi ki, "Yasamal Yaşayış Kompleksi”ndə satışa ümumilikdə 1843 mənzil çıxarılacaq. Daha tez müraciət edən vətəndaşlar buradan mənzil əldə edə biləcəklər. Digər vətəndaşlar isə növbəti mərhələni gözləməli olacaqlar. /cebhe.info

Xəbər lenti

Çox oxunanlar