Xəzər Xəbər

Hüquqi şəxs icarəyə götürdüyü avtonəqliyyat vasitələrinə görə 14 faiz vergi ödəməlidir

İqtisadiyyat | 11:59 • 26 İyul 2017
Hüquqi şəxs icarəyə götürdüyü avtonəqliyyat  vasitələrinə görə 14 faiz vergi ödəməlidir

Hüquqi şəxs ölkə daxilində özünə məxsus və fiziki şəxsdən icarəyə götürülmüş avtonəqliyyat vasitələri ilə sərnişindaşıma fəaliyyətini həyata keçirirsə, daşıma fəaliyyətinə və icarəyə götürülmüş nəqliyyat vasitələrinə görə hansı vergi öhdəlikləri yaranır?


Vergilər Nazirliyinin Media və Kommunikasiya Mərkəzindən AZƏRTAC-ın sualına cavab olaraq bildirilib ki, mülkiyyətində və ya istifadəsində olan avtonəqliyyat vasitələri ilə Azərbaycan Respublikasının ərazisində sərnişindaşımanı həyata keçirən müəssisə sadələşdirilmiş verginin ödəyicisi kimi fəaliyyət göstərir və bu fəaliyyətə görə vergi orqanına bəyannamə təqdim etmir.


Bu zaman sərnişindaşıma fəaliyyəti göstərən müəssisə hər bir nəqliyyat vasitəsi üçün "Fərqlənmə nişanı” almalıdır.


Bunlarla yanaşı, fiziki şəxslərdən icarəyə götürülmüş avtonəqliyyat vasitələrinə görə hüquqi şəxs tərəfindən aparılan ödənişlərdən ödəmə mənbəyində 14 faiz dərəcə ilə vergi tutularaq dövlət büdcəsinə ödənilməli və ödəmə mənbəyində tutulan verginin bəyannaməsi vergi orqanına təqdim edilməlidir.

Xəbər lenti