Xəzər Xəbər

Bakı rusların ən populyar 5 turizm şəhərindən biridir GƏLİRLƏR

İqtisadiyyat | 15:59 • 23 Mart 2017
Bakı rusların ən populyar 5 turizm şəhərindən biridir

Bakı Moskva sakinləri arasında May bayramlarında istirahət üçün ən populyar turizm istiqamətlərinin "5-liy"inə daxil olub.

Reytinq 2017-ci il aprelin 29-dan mayın 10-dək hotellərin və apartamentlərin bronlaşdırılması üzrə məlumatlara əsasən tərtib olunub.

Bakı ilə yanaşı bu "5-liy"ə Praqa, Barselona, Minsk və Tbilisi də daxildir.

Məlumata əsasən, moskvalılar Bakıda May bayramlarını qeyd etmək üçün orta hesabla 3,5 gecəlik yer bron ediblər və sutkada 90 dollar xərcləyəcəklər./trend

Xəbər lenti

Çox oxunanlar