Xəzər Xəbər

Dani Alveş azadlığa buraxılıb

İdman | 15:38 • 25 Mart 2024
Dani Alveş azadlığa buraxılıb

"Barselona"nın sabiq futbolçusu Dani Alveş 14 aydan sonra həbsxanadan buraxılıb.

Xezerxeber.az xarici mediaya istinadən xəbər verir ki, braziliyalı girov olaraq 1 milyon avro ödəyib.

Daha öncə məhkəmə milyon dollarlıq girov müqabilində apelyasiya şikayəti davam edərkən Alveşin azadlığa buraxılmasını təsdiqləmişdi. 

Qeyd olunur ki, Dani Alveşin ölkəni tərk edə bilməməsi üçün Braziliya və İspaniya pasportları əlindən alınıb.

Xatırladaq ki, sabiq "Barselona"lı təcavüzə görə 4 il yarım həbs cəzası alıb. Braziliyalı apelyasiya şikayəti verib.

Xəbər lenti

Çox oxunanlar