Xəzər Xəbər

Azərbaycan millisi Monqolustana qalib gəlib

İdman | 22:27 • 22 Mart 2024
Azərbaycan millisi Monqolustana

Futbol üzrə Azərbaycan millisi 2024-cü ildə ilk oyununa çıxıb.

Xezerxeber.az-ın məlumatına görə, yığma “FIFA series–Edition 2024” layihəsi çərçivəsində keçirilən yoldaşlıq görüşündə Monqolustanla üz-üzə gəlib.

Tofiq Bəhramov adına Respublika stadionunda reallaşan qarşılaşma yığmamızın üstünlüyü şəraitində keçib. Komandamız qələbə topunu 90+1-ci dəqiqədə vurub. Standart vəziyyətdən ötürməni Bəhlul Mustafazadə başla qola çevirib. Bununla da yığmamız 1:0 hesablı qələbə qazanıb.

Qeyd edək ki, Azərbaycan millisi növbəti oyununu eyni arenada Bolqarıstana qarşı keçirəcək.

Xəbər lenti

Çox oxunanlar