Xəzər Xəbər

Ukraynalı basketbolçu Almaniyada qətlə yetirilib

İdman | 12:57 • 12 Fevral 2024
Ukraynalı basketbolçu Almaniyada qətlə yetirilib

Ukraynalı 17 yaşlı basketbolçu Vladimir Yermakov Almaniyanın Düsseldorf şəhərində qətlə yetirilib.

Xezerxeber.az xarici mətbuata istinadən xəbər verir ki, “ART Giants” klubunda çıxış edən gənc oyunçu komanda yoldaşı Artyom Kozaçenko ilə birlikdə bıçaqlı hücuma məruz qalıb.

V.Yermakov hadisə yerində dünyası dəyişib. Digər oyunçu isə reanimasiyaya yerləşdirilib.

Qeyd edək ki, Vladimir Yermakov 2022-ci ildə Ukrayna U-16 millisinin heyətində Avropa çempionatında iştirak edib.

Xəbər lenti

Faktiki hava AÇIQLANDI
16:32 • 26 İyul 2024