Xəzər Xəbər

“Braqa”nın baş məşqçisi “Qarabağ”la gözlənilən oyundan danışdı

İdman | 13:38 • 12 Fevral 2024
“Braqa”nın baş məşqçisi “Qarabağ”la gözlənilən oyundan danışdı

“Məğlubiyyətə görə məsuliyyəti öz üzərimə götürürəm. Başımızı dik tutmalıyıq. İndi təəssüflənmək vaxtı deyil”.

Xezerxeber.az xəbər verir ki, bu sözləri “Braqa”nın baş məşqçisi Artur Jorje Portuqaliya çempionatının XXI turunda səfərdə “Sportinq”ə 0:5 hesabı ilə uduzduqları oyundan sonra keçirilən mətbuat konfransında deyib.

52 yaşlı mütəxəssis bildirib ki, artıq UEFA Avropa Liqasının pley-off mərhələsində “Qarabağ”a qarşı keçirəcəkləri oyuna köklənmək lazımdır: “Çox çətin qarşılaşma olacaq. Ona görə də “Sportinq”lə matçı unutmalı, səhvlərdən nəticə çıxarmalı və irəliyə baxmalıyıq”.

Qeyd edək ki, fevralın 15-də keçiriləcək “Braqa” – “Qarabağ” oyunu Bakı vaxtı ilə saat 00:00-da başlayacaq. Cavab matçı fevralın 22-də Bakıda olacaq.

Xəbər lenti

Faktiki hava AÇIQLANDI
16:32 • 26 İyul 2024