Xəzər Xəbər

Azərbaycanın tanınmış futbolçusu insult keçirib

İdman | 15:29 • 12 Fevral 2024
Azərbaycanın tanınmış futbolçusu insult keçirib

Azərbaycan millisinin sabiq futbolçusu Vadim Vasilyev insult keçirib.

Xezerxeber.az xəbər verir ki, bu barədə AFFA-nın mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, hadisə ötən həftəsonu baş verib.

AFFA-nın dəstəyi ilə özəl xəstəxanalardan birinə yerləşdirilən keçmiş forvardın müalicəsi reanimasiyada davam etdirilir.

Onun vəziyyətinin sabit olduğu və yaxın vaxtlarda palataya köçürüləcəyi bildirilib.

Qeyd edək ki, Azərbaycan millisinin heyətində 33 oyuna 2 qol vurmuş Vadim Vasilyev karyerası ərzində “Xəzri”, “Bakı Fəhləsi” “Neftçi”, “Qarabağ”, “Bakı”, “Olimpik” və “Karvan” komandalarının formasını geyinib. Ukraynada legioner həyatı da yaşayan veteran futbolçu “Medita”, “Metallurq” (Donetsk) və “Tavriya” klublarında çıxış edib.

Xəbər lenti

Faktiki hava AÇIQLANDI
16:32 • 26 İyul 2024