Xəzər Xəbər

UEFA Çempionlar Liqasının səkkizdəbir final mərhələsi start götürür

İdman | 09:16 • 14 Fevral 2023
UEFA Çempionlar Liqasının səkkizdəbir final mərhələsi start götürür

Bu gün 2022-2023-cü illər UEFA Çempionlar Liqasının səkkizdəbir final mərhələsinə start veriləcək.

Xezerxeber.az xəbər verir ki, fevralın 15-də iki qarşılaşma keçiriləcək.

Fransanın PSJ klubu Münxenin “Bavariya” kollektivini, “Milan” isə “Tottenhem”i qəbul edəcək.

Qeyd edək ki, səkkizdəbir final mərhələsinin “Brügge” (Belçika) – “Benfika” (Portuqaliya) və “Borussiya” (Dortmund, Almaniya) – “Çelsi” (İngiltərə) matçları sabah, digər oyunları isə bir həftə sonra keçiriləcək.

Rubrikanın digər xəbərləri

Xəbər lenti