Xəzər Xəbər

Messi Maradonanı qabaqlayıb

İdman | 08:58 • 1 Dekabr 2022
Messi Maradonanı qabaqlayıb

Argentina millisinin futbolçusu Lionel Messi dünya çempionatlarında meydana çıxdığı oyunların sayına görə həmyerlisi Dieqo Maradonanı qabaqlayıb.

Xezerxeber.az xəbər verir ki, Qətərdə keçirilən mundialda Polşa millisinə qarşı C qrupunun üçüncü tur oyunu hücumçu üçün 22-ci olub. Maradonada isə bu göstərici 21-dir.

Hazırda oyunda ikinci hissə davam edir və Argentina millisi 2:0 hesabı ilə öndədir.

Xəbər lenti