Xəzər Xəbər

"Qalatasaray"ın daha bir ulduzu İspaniya yolunda

İdman | 18:47 • 9 Avqust 2022
"Qalatasaray"ın daha bir ulduzu İspaniya yolunda

"Qalatasaray"ın danimarkalı futbolçusu Viktor Nelsson karyerasını İspaniyada davam etdirə bilər.

Bu barədə "Milliyet" qəzeti məlumat yayıb. 

Bir müddət əvvəl 12+3 milyon avroluq transfer qarşılığında İstanbul təmsilçisindən Markaonu öz rənglərinə bağlayan "Sevilya" dünən danimarkalı müdafiəçi üçün rəsmi təklif irəli sürüb. 

İspaniya klubunun Nelsson üçün ilk təklifinin Markaonun müqavilə şərtləri ilə eyni olduğu öyrənilib. "Cim-Bom" etibarlı müdafiəçisi üçün aldığı ilk təklifi rədd edib. "Qalatasaray"ın müqavilə dəyəri 25 milyon avro olan 23 yaşlı futbolçunu 20 milyon avrodan aşağı qiymətə satmağı planlaşdırmadığı bildirilir. 

Ötən mövsümün əvvəlində "Kopenhagen"dən 7 milyon avroya transfer olunan və 5 illik müqavilə imzalayan Nelssonun "Sevilya"nın təklifini dəyərləndirmək istədiyi iddia olunur./Fanat.Az 

Xəbər lenti