Xəzər Xəbər

"Qalatasaray"dan ilin transferi: Dünya ulduzunu Türkiyəyə gətirir

İdman | 16:31 • 5 Avqust 2022
"Qalatasaray"dan ilin transferi: Dünya ulduzunu Türkiyəyə gətirir

Türkiyə çempionatında güc balansını dəyişmək istəyən “Qalatasaray” klubu “Çelsi”nin ulduz futbolçusu Hakim Ziyexi transfer etmək üçün danışıqlara başlayıb.

Bu barədə “As” qəzeti məlumat yayıb.

Bildirilir ki, “Çelsi” də əsas heyət oyunçusu ola bilməyən Ziyex Türkiyədə oynamağa razılıq verib.

Məlumata görə, “Qalatasaray” Ziyexi icarəyə götürmək istəyir. “Çelsi” mərakeşli oyunçu üçün icarə haqqı 3 milyon avro tələb edir. Türkiyə təmsilçisi Ziyexi birdəfəlik transfer etmək istəsə daha 7 milyon avro ödəməlidir./Metbuat.az 

Xəbər lenti