Xəzər Xəbər

"Çelsi" rədd edilsə də, kapitandan əl çəkmir - SON DURUM

İdman | 12:38 • 26 İyun 2022
"Çelsi" rədd edilsə də, kapitandan əl çəkmir - SON DURUM

Transfer çalışmalarını davam etdirən "Çelsi" heyətinə yeni dayaq yarımmüdafiəçisi qatmaqda maraqlıdır.

"Zadəganlar"ın əsas hədəfi "Vest Hem"in kapitanı Deklan Raysdır.

Mənbə "Çelsi"nin qarşı tərəfə rəsmi təklif göndərdiyini, lakin "çəkicdöyənlər"in rəhbərliyinin kapitanı satmaqdan imtina etdiyini açıqlayıb. Xəbərə görə, rədd cavabı alan "göylər" ümidini itirməyib və yaxın günlərdə "Vest Hem"ə yeni təklif göndərməyə hazırlaşır.

Qeyd edək ki, Rays futbolda ilk addımlarını "Çelsi"də atıb. O, "zadəganlar"ın sıralarını 15 yaşında tərk edərək indiki klubuna qoşulub./Fanat.Az

Xəbər lenti