Xəzər Xəbər

Suares formasıyla 111 qol vurduğu kluba qayıda bilər

İdman | 15:12 • 24 İyun 2022
Suares formasıyla 111 qol vurduğu kluba qayıda bilər

Hücumçusu Sebastyen Alleni Dortmund " Borussiya"sına satmağa yaxın olan "Ayaks" sabiq futbolçusu Luis Suaresi geri qaytarmağı planlaşdırır.

İnformasiyanı şəxsi "Twitter" hesabı üzərindən tanınmış insayder Ekrem Konur yayıb.

Mənbə Amsterdam klubunun artıq Suareslə əlaqə saxladığını və Allenin Almaniya təmsilçisiə keçidi rəsmiləşəndən sonra bu yöndə çalışmalarını davam etdirəcəyini vurğulayıb.

Qeyd edək ki, 35 yaşlı Suares bu yay "Atletiko Madrid"dən ayrılıb. Hazırda azad agent statusu daşıyan Uruqvay millisinin təcrübəli forvardı 2007-2011-ci illər aralığında "Ayaks"ın formasını geyinib. O, Amsterdam təmsilçisində çıxdığı 159 matçda 111 qol vurub, 68 məhsuldar ötürmə edib./Fanat.Az

Xəbər lenti