Xəzər Xəbər

Günün transfer xəbərləri: "Real"ın "B" planı açıqlandı

İdman | 14:12 • 23 May 2022
Günün transfer xəbərləri: "Real"ın "B" planı açıqlandı

Futbol insayderləri, tanınmış idman nəşrləri və xəbər agentlikləri artıq indidən klubların yay transfer pəncərəsi dövrü üçün planları ilə bağlı maraqlı məlumatlar yayımlayır.

Tom Bogert "MLS Soccer": "Lids Yunayted" Premyer Liqa mövsümünün son günündə turnirdə qalmasını təmin etdikdən sonra bu yay "Zaltsburq"uq yarımmüdafiəçisi Brenden Aaronsonla müqavilə imzalayacaq. Transferin məbləği təxminən 30 milyon dollar olacaq".

 

Fabritsio Romano, insayder: "Bubakar Kamara azad agent olaraq "Marsel"dən ayrılacaq. O, "Aston Villa"ya transfer olunacaq. Müqavilə hələ imzalanmayıb, lakin demək olar ki, şifahi razılıq əldə olunub".

"Marca" nəşri: Kilian Mbappenin transfer edə bilməyən "Real Madrid" hücumu necə gücləndirmək barədə düşünür. Mbappenin klubda olmaması madridlilərə problem yaratmayacaq.

Hazırda kral klubu idman layihəsinin yeni versiyasını hazırlayır. Daha bir yüksək səviyyəli ulduzla müqavilə imzalamaq variantı nəzərdən keçirilmir. Mbappenin qərarından məyus olmasına baxmayaraq, İspaniya klubu vəziyyətə optimist yanaşır.
"Real"ın artıq "B" planı var: hədəf Vinisius Cunior və Rodriqo Qoesi dünya səviyyəli ulduzlara çevirməkdir. Komanda bu oyunçuların böyük potensiala sahib olduğuna inanır. Mbappe yoxdursa, onların "böyüməsi" asanlaşacaq".

Anxel Di Maria: "Yuventus"la müqavilə imzalamışam? Yox. Hazırda yalnız ailəmi düşünürəm. Planlaşdırıram ki, mən və ailəm üçün nəyin daha yaxşı olduğuna qərar verək”.

Fabritsio Romano, insayder: "Corco Kyellini MLS-in "Los Anceles Qalaksi" klubuna azad agent qismində qoşulmağın biraddımlığındadır. Müqavilə və maaş artıq razılaşdırılıb". 

"Atalanta"nın baş direktoru Luka Perkassi: "Can Pyero Qasperini klubda qalacaq. Əmin ola bilərsiniz".

"The Atletic" nəşri: "Tottenhem" Uqo Lyorisin əvəzinə Freyzer Forsteri nəzərdən keçirir. "Xoruzlar" yay transfer pəncərəsində "Sauthempton"dan ayrılmağa hazırlaşan ingiltərəli qolkiperə təklif göndərəcək".

Xəbər lenti