Xəzər Xəbər

Ten Haq sabiq yetirməsi üçün israr edir

İdman | 14:51 • 20 May 2022
Ten Haq sabiq yetirməsi üçün israr edir

"Mançester Yunayted" "Barselona"nın müdafiəçisi Serginyo Destlə maraqlanır.

"90min" xəbər verir ki, İngiltərə klubu yay transfer pəncərəsində 21 yaşlı amerikalı futbolçunu heyətinə qatmağı planlaşdırır.

"Qırmızı şeytanlar"ın yeni baş məşqçisi, əvvəllər Destlə "Ayaks"da çalışmış Erik ten Haq futbolçunun alınmasında israrlıdır.

21 yaşlı müdafiəçi bu mövsüm "Barselona"nın heyətində bütün turnirlərdə 31 oyun keçirib və üç məhsuldar ötürmə ilə yadda qalıb. Onun klubla müqaviləsi 2025-ci ilin yayına kimi nəzərdə tutulub./Fanat.Az 

Xəbər lenti