Xəzər Xəbər

'Qarabağ' Qurban Qurbanovla bağlı qərar verdi

"Qarabağ" Qurban Qurbanovla müqaviləni uzadıb
İdman | 16:53 • 11 May 2022
'Qarabağ' Qurban Qurbanovla bağlı qərar verdi

"Qarabağ" klubu baş məşqçisi Qurban Qurbanovun müqavilə müddətini uzadıb.

XəzərXəbər "köhlən atlar"ın rəsmi saytına istinadən xəbər verir ki, yeni anlaşmaya əsasən, 50 yaşlı mütəxəssis daha 3 il Ağdam təmsilçisinin baş məşqçisi olacaq.

Qeyd edək ki, Qurban Qurbanov 2008-ci ildən "Qarabağ"ın baş məşqçisidir. Qurbanov bu müddət ərzində komanda ilə 8 dəfə Azərbaycan çempionu olub, 4 dəfə ölkə kubokunu qazanıb. "Köhlən atlar" ardıcıl 8 dəfə avrokubokların qrup mərhələsinə də vəsiqə qazanıb.

Xəbər lenti