Xəzər Xəbər

Levandovski "Bayern Münhen"i bu səbəbdən tərk edir

İdman | 18:28 • 11 May 2022
Levandovski "Bayern Münhen"i bu səbəbdən tərk edir

"Bayern Münhen"in hücumçusu Robert Levandovski Almaniya nəhəngindən ayrılmaqda qərarlıdır.

"Bild" xəbər verir ki, rəhbərliyin yeni müqavilə məsələsinə soyuq yanaşması, müddətin azalmasına baxmayaraq, hərəkətə keçməməsi təcrübəli ulduzu sarsıdıb.

Xəbərə görə, Dortmund "Borussiya"sının gənc ulduzu Erlinq Holand uğrunda sonadək "Mançester Siti" ilə mübarizə aparan və uduzan Münhen təmsilçisinin onun əvəzinə yeni forvard axtarması isə münasibətlərin pozulmasını şərtləndirən əsas amildir. Artıq 33 yaşlı forvardın agentinə də bu barədə məlumat verdiyi və başqa klublarda oynamaq variantlarını götür-qoy etdiyi bildirilib.

Qeyd edək ki, Levandovskinin "Bayern"lə olan müqaviləsinin müddəti gələn ilin yayında başa çatacaq. Bu mövsüm münhenlilərin forması ilə bütün turnirlərdə 45 oyuna çıxan Polşa millisinin üzvü 49 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb./fanat.az

Xəbər lenti