Xəzər Xəbər

"Milan" "Liverpul"un ulduz futbolçusunu transfer etdi

İdman | 11:26 • 12 May 2022
"Milan" "Liverpul"un ulduz futbolçusunu transfer etdi

İtaliyanın "Milan" klubu heyətini yeni futbolçuyla gücləndirib.

"Calciomerchato" xəbər verir ki, "rossonyerlər" "Liverpul"un hücumçusu Divok Origini transfer edib. 27 yaşlı belçikalı forvardla 4 illik müqavilənin imzalandığı bildirilir.

Origi ilinə 4 milyon avro qazanacaq.

O, bu mövsüm çıxdığı 17 oyunda 6 qol vurub, 4 məhsuldar ötürmə verib./ Offsideplus.az 

Xəbər lenti