Xəzər Xəbər

Günün transfer xəbərləri: "Everton"un baş məşqçisi kim olacaq?

İdman | 12:58 • 17 Yanvar 2022
Günün transfer xəbərləri: "Everton"un baş məşqçisi kim olacaq?

Qış "transfer pəncərəsi" dönəmindən istifadə edən Avropa klubları futbolçu alış-verişinə davam edir.

"Calciomercato" nəşri: "Milan", "Bayern Münhen" və "Atletiko Madrid" Andreas Kristenseni hədəfə alıb. 25 yaşlı danimarkalı mövsümün sonunda "Çelsi"ni azad agent olaraq tərk edə bilər.

"The Mirror" nəşri: “Çelsi”, “Arsenal” və “Tottenhem” İvan Perişiçə göz dikib. Xorvatiyalı futbolçunun "İnter"lə müqaviləsi mövsümün sonunda başa çatır. İtalyanlar yayda futbolçunu pulsuz itirməmək üçün indidən təklifləri dinləməyə hazırdır.

"The Telegraph" nəşri: Roberto Martines "Everton"da baş məşqçi olmağa əsas namizəddir. Mersisayd klubu Joze Mourinyuya da müraciət edib, lakin portuqaliyalı mütəxəssis təzəlikcə “Roma”ya keçdiyi üçün imtina edib.

Fanat.Az idman agentliyi: Kevin Fillips "Sout Şilds"in yeni baş məşqçisidir. Bu, onun ilk baş məşqçilik təcrübəsidir. Filips bu günə kimi "Lester Siti", "Derbi Kaunti" və "Stok Siti" kimi klublarda baş məşqçi köməkçisi kimi işləyib.

"RMC" nəşri: Ben Çiluell zədəli olduğu üçün "Çelsi" sol cinah müdafiəçisi axtarır. Onlar Emersonu icarədən geri çağıra bilməyiblər. İndi klub başqa imkanları araşdırır. Premyer Liqa klubu Leven Kürzavanın gətirilməsi üçün ilkin danışıqlara başlayıb.

"RMC" nəşri: PSJ-nin baş məşqçisi Maurisio Poçettino növbəti mövsüm "Mançester Yunayted"ə rəhbərlik etmək üçün mümkün variantlardan istifadə edir. 49 yaşlı mütəxəssis "qırmızı şeytanlar"ın rəhbərliyi ilə maksimum sıx əlaqədə qalmağa çalışır. Onun əsas rəqibi "Ayaks"dan Erik ten Haqdır.

Santi Ouna (Foot Mercato): "Sent-Etyen" Elyakim Manqala ilə danışıqlar aparır. Fransız müdafiəçiyə mövsümün sonuna qədər müqavilə təklif olunub. Futbolçu ötən yaydan klubsuzdur.

Sami Mokbel (Daily Mail): Burnley Kristian Benteke ilə maraqlanır. "Kristal Pelas" belçikalı hücumçunu 10-12 milyon funta (müqavilə bitməsinə 18 ay qalıb) satmağa hazırdır.

"Globo Esporte" saytı: Vaqner Lav dünən Danimarka çempionatının lideri "Mityulland"la müddəti mövsümün sonuna qədər davam edəcək müqavilə imzalayıb.  Bazar ertəsi 37 yaşlı braziliyalı hücumçu tibbi müayinədən keçəcək. Danimarka klubunda 6 braziliyalı çıxış edir.

Baş tutmuş transfer xəbərləri:

Pavel Karasev (29 yaşlı yarımmüdafiəçi)

BATE-dən (Belarus) "Nijni Novqorod"a (Rusiya) keçid edib. Azad agent qismində keçən futbolçu 1,5 illik müqavilə imzalayıb. O, ötən ilin fevralında "Tambov"dan BATE-yə keçmişdi.

Aleksandr Şestyuk (19 yaşlı hücumçu)

"Dinamo Brest" (Belarus) "Nijni Novqorod"a (Rusiya) azad agent qismində keçib. Belarusun U-21 millisində 5 oyun keçirib və 2 qol vurub.

Vinisius Tobias (17 yaşlı müdafiəçi)

"Nasyonal" U-20 (Braziliya) klubundan "Şaxtyor"a (Ukrayna) keçid edib. Transfer məbləği 6 milyon avro olan təşkil edib. 2021-ci ildə 23 oyun keçirib./fanat.az

Xəbər lenti