Xəzər Xəbər

Terimi gözləyən ağır cəza: Hakimə nə deyib?

İdman | 14:25 • 23 Noyabr 2021
Terimi gözləyən ağır cəza: Hakimə nə deyib?

"Qalatasaray"ın baş məşqçisi Fatih Terim "Fənərbağça" (1:2) ilə derbidə onu ​​oyundan qovan hakimə nə dediyi məlum olub.

Türkiyə mətbuatı xəbər verir ki, matçı idarə edən Halil Umut Meler raportunda Terimin onu söyərək təhqir etdiyini yazıb.

Xəbərdə hakimin təxminən 10 metr məsafədən göstərdiyi qırmızı vərəqədən sonra əsəblərinə hakim ola bilməyən təcrübəli məşqçinin "Hünərin çatırsa, gəl o kartı burada göstər" dediyi ortaya çıxıb. Bundan başqa, "sarı-qırmızılar"ın çalışdırıcısının qadağaya baxmayaraq, matçdan sonra paltardəyişmə otağına girdiyi də xəbərdə yer alıb. 

Terimin söyüş, təhqir, qırmızı vərəqə və paltardəyişmə otağına girməsi səbəbi ilə ümumilikdə 8 oyunluq cəza alacağı bildirilir./fanat.az

Xəbər lenti