Xəzər Xəbər

FIFA Beyl üçün "Real Madrid"ə ödəniş edəcək

İdman | 10:44 • 23 Noyabr 2021
FIFA Beyl üçün "Real Madrid"ə ödəniş edəcək
İspaniyanın "Real Madrid" klubu FIFA-dan əlavə ödəniş alacaq.
 
XəzərXəbər "Marca"ya istinadən xəbər verir ki, buna Madrid təmsilçisinin futbolçusu Qaret Beylin Uels millisinin düşərgəsində zədələnməsi səbəb olub.
 
Ali futbol qurumunun 2019-cu ildəki qərarına əsasən, oyunçular yığmanın heyətində zədələnərsə, klublara təzminat veriləcək.
 
FIFA 32 yaşlı hücumçu 28 gündən çox "kral klubu"nun heyətində olmayacağı təqdirdə 25,5 min avro ödəməli olacaq.
 
Qeyd edək ki, Qaret Beyl Belarusa 5:1 hesabı ilə qalib gəldikləri 2022-ci il dünya çempionatının seçmə oyununda zədələnib. O, daha əvvəl də yığmanın oyunlarında xəsarət alıb. Forvard ən azı 2-3 həftə yaşıl meydanlardan kənarda qalacaq. Beyl cari mövsüm La Lİqada 3 oyunda iştirak edib və 1 qol vurub.

Xəbər lenti