Xəzər Xəbər

Emre ilk transferini "Fənərbağça"dan edir

İdman | 20:20 • 21 Oktyabr 2021
Emre ilk transferini "Fənərbağça"dan edir

"Başakşəhər" klubunun idman direktoru vəzifəsinə təyin edilən Emre Belözoğlu ilk transferini etmək üçün qollarını çırmalayıb.

O, uzun illər çıxış etdiyi və bir müddət baş məşqçisi olduğu "Fənərbağça"dan Mauritsio Lemosu gətirməyi planlaşdırır.

25 yaşlı müdafiəçinin növbəti mövsümdə "Başakşəhər"ə transfer ediləcəyi gözlənilir.

Qeyd edək ki, Lemosun "Fənərbağça" ilə 2023-cü ilədək müqaviləsi var./Offsideplus.az

Xəbər lenti