Xəzər Xəbər

“Milan” səfərdə “Spezia”nı məğlub edib

İdman | 21:25 • 25 Sentyabr 2021
“Milan” səfərdə “Spezia”nı məğlub edib

Sentyabrın 25-də futbol üzrə İtaliya A Seriyasının 6-ci turunun oyunlarına start verilib.

Xezerxeber.az xəbər verir ki, turun açılış görüşündə çempionluğa iddialı “Milan” səfərdə autsayder “Spezia” klubunun qonağı olub.

Görüş Milan təmsilçisinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Stefano Piolinin yetirmələrinin heyətində Daniel Maldini (48), Brahim Diaz (87), “Spezia”nın heyətində isə Daniele Verde fərqləniblər.

Bu qələbə sayəsində milanlılar xal ehtiyatını 16-a çatdıraraq turnir cədvəlində liderliyə yüksəliblər. “Spezia” isə dörd xalla 17-ci yerdə qərarlaşıb.

Xəbər lenti