Bakı 29 ℃
Xəzər Xəbər
USD 1.7

Kamran Ağayev karyerası ilə bağlı qərar verdi

İdman | 14:16 • 24 İyun 2021
Kamran Ağayev karyerası ilə bağlı qərar verdi

"Səbail" klubunda çıxış edən Azərbaycan millisinin sabiq qapıçısı Kamran Ağayev karyerası ilə bağlı qərar qəbul edib.

Paytaxt təmsilçisinin baş məşqçisi Aftandil Hacıyev "Report"a açıqlamasında 35 yaşlı qolkiperlə bu istiqamətdə danışıqlarının olduğunu bildirib.

Hacıyevin sözlərinə görə, təcrübəli oyunçu daha bir il komandada qalmağa razılıq verib: "Kamranla sözlü danışığımız olub, klubda qalacağını deyib. Amma hələ rəsmi bir şey yoxdur. Yəqin ki, yaxın günlərdə rəsmən açıqlayarıq".

40 yaşlı baş məşqçi qapıçı Nikolas Hagen və yarımmüdafiəçi Hendrik Ekşteynlə isə hələ razılğa gəlmədiklərini əlavə edib: "Müdafiəçi Ali Siseyi də saxlamaq istəyirdik, alınmadı. Hagen və Ekşteynlə danışıqlarımız davam edir. Bu iki futbolçu ilə söhbətimiz hələ alınmır. Şərtlərimizlə razılaşmırlar".

Mütəxəssis karyerası ərzində "Turan", AZAL, "Zirə" və "Qarabağ"da çıxış etmiş Cavid Tağıyevin də "Səbail"ə keçə biləcəyini deyib: "Cavidlə söhbətimiz olub, amma onunla bir daha danışacağıq. Uzun müddətdir ki, oynamır. Ən azından onu məşqlərdə, iş başında görmək istəyərik. Bir neçə oyununa baxıb qərar verə bilərik. Onu tanıyırıq, sadəcə, fiziki durumunu və sağlamlığını bilməliyik".

Hacıyev iyulun 1-də Bakıda toplaşacaqlarını sözlərinə əlavə edib: "Hazırlıq prosesinin növbəti mərhələləri Gürcüstanda və ya Qəbələdə ola bilər".

Xəbər lenti

Çox oxunanlar