Xəzər Xəbər

Dünyanın ən bahalı futbol klubları REYTİNQ

İdman | 12:03 • 18 May 2021
Dünyanın ən bahalı futbol klubları

İngiltərənin “Brand Finance” konsaltinq şirkəti dünyanın ən bahalı futbol klublarının reytinq siyahısını açıqlayıb.

Siyahıya Madridin “Real” klubu başçılıq edir. Ötən illə müqayisədə 73 milyon dollar dəyər itirməsinə baxmayaraq, klub bu il də birinci yerdə qərarlaşıb. Hazırda bu klubun dəyəri 1,499 milyard dollardır. “Barselona” (1,487 milyard dollar) ikinci, “Mançester Yunayted” (1,327 milyard) isə üçüncü yerdədir.

İlk onluğun sonrakı pillələrində “Mançester Siti” (1,313 milyard dollar), “Bavariya” (1,255 milyard dollar), “Liverpul” (1,143 milyard dollar), “Paris Sen-Jermen” (1,042 milyard dollar), “Çelsi” (904 milyon dollar), “Tottenhem” (849 milyon dollar) və “Arsenal” (792 milyon dollar) klubları qərarlaşıb.

Xəbər lenti