Bakı 27 ℃
Xəzər Xəbər
USD 1.7

"Arsenal", "Yuventus" və "Qalatasaray" Hakan Çalhanoğluna iddialıdır

İdman | 136 | 13:25 • 7 May 2021
"Arsenal", "Yuventus" və "Qalatasaray" Hakan Çalhanoğluna iddialıdır

İtaliyanın "Milan" futbol komandasının yarımmüdafiəçisi Hakan Çalhanoğlu İngiltərənin "Arsenal" komandasına keçə bilər.

Bu barədə “MilanLive” bildirib.

Məlumata görə, "topçular" artıq 27 yaşlı türk futbolçuya təklif irəli sürüblər və onun agenti ilə danışıqlar davam edir. "Arsenal"dan başqa, futbolçuya İtaliyanın "Yuventus" və Türkiyənin "Qalatasaray" komandaları da iddialıdır.

Çalhanoğlunun “Milan”la müqaviləsi 2021-ci ilin yayında başa çatır və futbolçu komandanı tərk etməyə qərar verib. O, A Seriyasının cari mövsümündə 29 matçda iştirak edərək, 4 qol vurub və 9 məhsuldar ötürmə edib.

Futbolçu 2017-ci ildən "Milan"da çıxış edir. Daha əvvəl o "Bayer", "Hamburq" və "Karlsrue" komandalarında çıxış edib. “Transfermarkt” portalı futbolçunu 35 milyon avro qiymətləndirir

Martda “Football Italia” portalına görə Çalhanoğlu A Seriyasında ən yaxşı pulsuz agentlər siyahısına daxil olub.

Xəbər lenti

DİN azarkeşlərə müraciət etdi
21 | 13:52 • 12 İyun 2021

Çox oxunanlar