Xəzər Xəbər

Mustafa Denizli doğma klubuna baş məşqçi kimi qayıtdı

İdman | 19:06 • 28 Aprel 2021
Mustafa Denizli doğma klubuna baş məşqçi kimi qayıtdı

"Xəzər Lənkəran"ın sabiq baş məşqçisi Mustafa Denizli Türkiyə I Liqasında çıxış edən "Altay" komandasının sükanı arxasına keçib.

72 yaşlı mütəxəssis yeni vəzifədə Osman Özköylünü əvəzləyib.

Denizli futbolçu kimi İzmir komandasının aşağı yaş qrupunda yetişib və 18 il "ağ-qara" formanı geyinərək, kapitan sarğısını daşıyıb. O, klub prezidenti Özgür Ekmekçioğlunun dəvətini qəbul etsə də, maaşını əsgərlərə, qazilərə və şəhid ailələrinə yardım qurumlarına bağışlanmasını istəyib. Təcrübəli mütəxəssis doğma komandasına 38 ildən sonra baş məşqçi kimi qayıdıb.

Hazırda I Liqada 32 oyundan 54 xalla 6-cı yerdə gedən "Altay" son 2 turda 2 xal toplasa, Superliqaya vəsiqə uğrunda "pley-off" matçlarına vəsiqə qazanacaq.

Qeyd edək ki, Mustafa Dənizli 2013/2014 mövsümündə "Xəzər Lənkəran"ın baş məşqçisi olub.

Rubrikanın digər xəbərləri

Xəbər lenti

Çox oxunanlar