Xəzər Xəbər

İtaliya klubları Superliqada çıxış etsələr, ağır cəza alacaqlar

İdman | 18:43 • 26 Aprel 2021
İtaliya klubları Superliqada çıxış etsələr, ağır cəza alacaqlar

İtaliya Futbol Federasiyası (FIGC) ölkə klublarının Avropa Super Liqasında iştirakını qadağan edib.

"La Repubblica" nəşri xəbər verir ki, FIGC İcraiyyə Komitəsinin iclasında komandalara UEFA və FIFA-nın təsdiqləmədiyi yarışlara qatılmama öhdəliyini qoyan qərar qəbul edilib.

Bu cür turnirlərdə iştirak edənlər A Seriyası da daxil olmaqla, yarışlardan kənarlaşdırılacaqlar.

Qeyd edək ki, İtaliyanın "Yuventus", "Milan" və "İnter" klubu Superliqada iştirak etməyi planlaşdırırdılar./report

Xəbər lenti