Xəzər Xəbər

Ronaldo "Real Madrid"ə qayıtmayacaq

İdman | 13:58 • 20 Aprel 2021
Ronaldo "Real Madrid"ə qayıtmayacaq

İspaniyanın "Real Madrid" klubunun prezidenti Florentino Peres İtaliya "Yuventus"unda çıxış edən ulduz futbolçu Kriştianu Ronaldonun qayıtma ehtimalına münasibət bildirib.

74 yaşlı funksioner portuqaliyalı hücumçunun "kral klubu"na dönməyəcəyini deyib.
 
Peresin sözlərinə görə, bu məsələ barədə danışmağın mənası yoxdur: "Onun "Yuventus"la müqaviləsi var".
 
Qeyd edək ki, Kriştianu Ronaldonun İtaliya klubu ilə sözləşməsi 2022-ci ilin yayında başa çatmalıdır. Portuqaliyalı oyunçunun illik məvacibi 31 milyon avrodur. Forvard Turin klubuna 2018-ci ilin iyulunda "Real Madrid"dən 117 milyon avroya keçib.

Xəbər lenti