Xəzər Xəbər

Superliqa iştirakçıları Avropa çempionatına buraxılmayacaq

İdman | 17:02 • 19 Aprel 2021
Superliqa iştirakçıları Avropa çempionatına buraxılmayacaq

Avropanın nəhəng klublarının yaratdığı Superliqaya UEFA prezidenti Aleksader Çeferin də münasibət bildirib.

Qitə futbol qurumunun rəhbəri bu təşəbbüsü qınayıb.

“Qapalı çempionatda oynayan futbolçular dünya və Avropa çempionatında çıxış etməyəcəklər. Onların milli komandalarda oynamasına qadağa qoyulacaq”,-deyə Çeferin bildirib.

Qeyd edək ki, İngiltərənin “Mançester Yunayted”, “Mançester Siti”, “Tottenhem”, “Liverpul”, “Çelsi”, “Arsenal”, İspaniyanın “Barselona”, “Atletiko”, “Real”, İtaliyanın “Milan”, “İnter” və “Yuventus” klublarının Superliqada iştirakı təsdiqlənib.

Xəbər lenti