Xəzər Xəbər

Aquero yüksək maaş istəyir

İdman | 16:39 • 18 Aprel 2021
Aquero yüksək maaş istəyir

"Mançester Siti"nin hücumçusu Serxio Aquero ona müqavilə təklif etməyə hazır olan bir neçə klubla danışıqlar aparır.

Bu barədə "Todo Fichajes" nəşri məlumat yayıb. Bildirilib ki, hər kəs oyunçunun yüksək maaş tələblərindən narahatdır. 32 yaşlı futbolçu ilə "Barselona", "Yuventus" və PSJ maraqlanır.

Qeyd edək ki, Aquero bu mövsümün sonunda "Mançester Siti" dən ayrılaraq azad agent olacaq./Qol.az

Xəbər lenti