Xəzər Xəbər

Avro-2020-də oynamayacaqlar - Klopp açıqladı

"Liverpul" futbolçuları Vircil van Deyk və Co Qomesin zədəsi haqqında danışıb.
İdman | 14:56 • 14 Mart 2021
Avro-2020-də oynamayacaqlar - Klopp açıqladı

"Liverpul" futbolçuları Vircil van Deyk və Co Qomesin zədəsi haqqında danışıb.

"Sky Sports" xəbər verir ki, 53 yaşlı mütəxəssis müdafiəçilərin Avro-2020-nin matçlarınadək sağalacaqlarına şübhə etdiyini deyib:

"Məlumatlar onların Avro-2020-də iştirakının mümkün olmadığını göstərir. Ümid edirik ki, hazırlıq prosesinə bizimlə başlaya biləcəklər. Bizimlə məşq etsələr, xoşbəxt olacağıq. Amma mən Avro-2020 barədə düşünməmişəm".

Qeyd edək ki, Van Dayk (Niderland) oktyabrın 17-də "Everton"la matçda, Qomes isə noyabr ayında İngiltərə millisinin heyətində zədə alıb./Qol.az 

Xəbər lenti