Xəzər Xəbər

KİV: “Lionel Messi artıq yeni klubunu seçib”

İdman | 10:08 • 26 Avqust 2020
KİV:

"Barselona”nın hücumçusu Lionel Messi böyük ehtimalla karyerasını İngiltərə Premyer Liqasında davam etdirəcək.


Gazeta.ru xəbər verir ki, tanınmış idman jurnalisti Marselo Behler öz "Twitter” səhifəsində bu barədə şərh yazıb.


Onun iddiasına görə, ulduz futbolçu Xose Qvardiolanın rəhbərlik etdiyi "Mançester Siti”yə keçmək barədə qəti qərar verib.


Qeyd edək ki, ötən gün İspaniya "Barselona”sı komandanın kapitanı Lionel Messinin Kataloniya təmsilçisindən ayrılmağa qərar verdiyini təsdiqləyib.

Xəbər lenti