Xəzər Xəbər

Premyer Liqa klubundan rekord transfer

İdman | 13:36 • 31 Yanvar 2020
Premyer Liqa klubundan rekord transfer

İngiltərənin "Şeffild Yunayted" klubu yeni transferini açıqlayıb.

Premyer Liqa təmsilçisi Belçikanın "Genk" klubundan Norveç millisinin üzvü Sander Berqeni transfer edib. 21 yaşlı yarımmüdafiəçisi ilə 4,5 illik müqavilə imzalanıb.

"Şeffild Yunayted" bu keçid üçün 20 milyon avrosundan keçib. Bu,klub tarixindəən bahalı keçid olub.

Berqe 2017-ci ildə Norveçin "Volerenqa" klubundan "Genk"ə keçmişdi.

Xəbər lenti