"Çelsi" İngiltərə Premyer Liqasının 19-cu turunda "Sautqempton"u qəbul edib.
Görüş Londonun "Stemford Bric" stadionunda baş tutub və qonaqların2:0hesablı qələbəsi ilə başa çatıb.
Qarşılaşmada hesab 31-ci dəqiqədə açılıb. "Sautqempton"un hücumçusu Maykl Obafemi ilk qolun müəllifi olub. İkinci hissənin ortalarında yarımmüdafiəçi Neytan Redmond komandasının üstünlüyünü artırıb.
Hazırda "Çelsi" İngiltərə çempionatının yarış cədvəlində 4-cü yer tutur. Komandanın aktivində 32 xal var. "Sautqempton isə 21xalla14-cü yerdə qərarlaşıb.
"Sautqempton" dekabrın 28-də öz meydanında "Kristal Pelas"la oynayacaq, "Çelsi" isə növbəti gün "Arsenal"lı sınağa çəkəcək. / Report