Xəzər Xəbər

Ançelotti "Everton"da rekord maaş alacaq

İdman | 14:02 • 19 Dekabr 2019
Ançelotti "Everton"da rekord maaş alacaq

"Napoli"dən ayrılan Karlo Ançelotti "Everton"un yeni baş məşqçisi olacaq.

 

İtaliyalı baş məşqçi İngiltərə klubu ilə razılığa gəlib. Ançelottinin Liverpul klubundakı maaşı diqqət çəkib. Onun illik məvacibi 13 milyon avro olacaq. Onun həftəlik qazancı 260 minavro, günlük isə 36 min avrodur. Təcrübəli çalışdırıcı yalnız Pep Qvardiola və Joze Mourinyodan az maaş alacaq.

 

"Everton" Premyer Liqanı tərk etməsə, Ançelottiyə daha 3 milyon avro bonus ödəniləcək.

 

60 yaşlı mütəxəssis 2009/2011-ci illərdə "Çelsi"ni çalışdırıb və Premyer Liqa çempionluğu yaşayıb.

Rubrikanın digər xəbərləri

Xəbər lenti