Xəzər Xəbər

Bir ildə 157 milyon manat qazanıb

İdman | 14:48 • 24 Oktyabr 2019
Bir ildə 157 milyon manat qazanıb

"Forbes" dərgisi Amerika Basketbol Liqasında (NBA) ən çox qazanan basketbolçuları müəyyənləşdirib.


Birinci pilləni yenə "Los Anceles Lakers"in ulduzu LeBron Ceyms tutub. Onun mövsüm ərzində gəliri 92.4 milyon dollar (təxminən 157 milyon manat) olub.


Hesablamada basketbolçuların maaş və sponsorluq gəlirləri nəzərə alınıb. LeBron Xeyms 55 milyon dollar sponsorlardan qazanıb, 42.4 milyon dollar maaş alıb. Bununla da o, ardıcıl 6-cı dəfə NBA-nın ən çox qazanan basketbolçusu olub.


İkinci pillədə "Golden State Warriors" klubundan Stepan Kurri tutub. Onun gəliri 85.2 milyon dollardı (təxminən 144.8 milyon manat).


"Brooklyn Nets" klubundan Kevin Durant isə 73.2 milyon dollar (təxminən 124.5 milyon manat) gəlirlə üçüncü pilləni tutur.


Fanat.Az

Xəbər lenti