Xəzər Xəbər

"İnter"in futbolçusu üç aylıq sıradan çıxdı

İdman | 16:21 • 17 Oktyabr 2019
"İnter"in futbolçusu üç aylıq sıradan çıxdı

"İnter"in hücumçusu Aleksis Sançes üç ay yaşıl meydanlardan uzaq qalacaq.

Kolumbiya ilə yoxlama matçında (0:0) zədələnən futbolçununsol ayaq biləyində tendonların yerindən çıxdığı aşkarlanmışdı. 30 yaşlı hücumçu əməliyyat ediləcək.

"İnter" Sançesi yayda "Mançester Yunayted"dən bir illik icarəyə götürüb. O, "göy-qaralar"da 4 oyuna 1 qol vurub.

Xəbər lenti