Xəzər Xəbər

"Qarabağ" bu gün APOEL ilə qarşılaşacaq

İdman | 10:33 • 6 Avqust 2019
"Qarabağ" bu gün APOEL ilə qarşılaşacaq
Bu gün Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinə start veriləcək.

Təmsilçimiz "Qarabağ” da növbəti matçına çıxacaq. Qurban Qurbanovun komandası Kiprdə APOEL-lə qarşılaşacaq.

Qeyd edək ki, Ağdam klubu Kipr təmsilçisini mübarizədən kənarlaşdırsa, pley-off mərhələsində PAOK (Yunanıstan) - "Ayaks” (Hollandiya) cütünün qalibi ilə qarşılaşacaq.

6 avqust

Çempionlar Liqası

3-cü təsnifat mərhələsi


21:00. APEOL (Kipr) - "Qarabağ" (Azərbaycan)
Hakimlər:
David Massa, Fabiano Preti, Alberto Teqoni, Rosario Abisso (hamısı İtaliya).
Nikosiya. GSP stadionu.

Xəbər lenti