21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması Avropa Çempionatının seçmə mərhələsində bu gün ilk sınağına çıxır.
Milan Obradoviçin baş məşqçiliyi altındakı yığmamız səfərdə Lixtenşteynin qonağı olacaq.
Matç Eşen şəhərindəki "Sportpark Eschen Mauren" stadionunda keçiriləcək. Şimali İrlandiyadan olan hakimlər briqadası qarşılaşmaya nəzarət edəcək.
Görüşdən əvvəl 1990-2007-ci illərdə UEFA-nın prezidenti olmuş Lennart Yohanssonun vəfatı ilə əlaqədar bir dəqiqəlik sükut elan olunacaq.
6 iyun
Avropa Çempionatı, seçmə oyu
21:00. Lixtenşteyn - Azərbaycan
Baş hakim: Tim Marşall
Eşen, "Sportpark Eschen Mauren" stadionu.