Xəzər Xəbər

Mourinyonun çalışdırmaq istədiyi klub açıqlandı

İdman | 17:55 • 6 May 2019
Mourinyonun çalışdırmaq istədiyi klub açıqlandı

"Mançester Yunyted"dən ayrıldıqdan sonra işsiz olan Joze Mourinyonun işləmək istədiyi klub açıqlanıb.


Fransanın "L'Equipe" nəşri xəbər verir ki, portuqaliyalı mütəxəssis PSJ-yə rəhbərlik etmək istəyir.


Xəbərdə həmçinin bildirilir ki, hazırda "Roma" da Mourinyonun xidmətində maraqlıdı. Amma mütəxəssis komanda Çempionlar Liqasına vəsiqə qazanacağı halda bu təklifə müsbət cavab verəcək.


Qeyd edək ki, Mourinyo karyerası ərzində Portuqaliyanın "Benfika", "Uniao de Leyria", "Portu", İngiltərənin "Çelsi", "Mançester Yunayted", İtaliyanın "İnter" və İspaniyanın "Real" klublarını çalışdırıb.


Fanat.Az

Xəbər lenti

Çox oxunanlar