Xəzər Xəbər

Massimiliano Alleqri yeni rekorda imza atıb

İdman | 09:16 • 23 Aprel 2019
Massimiliano Alleqri yeni rekorda imza atıb

İtaliyanın "Yuventus” futbol klubunun baş məşqçisi Massimiliano Alleqri yeni rekorda imza atıb. O, dünya futbolu tarixində eyni klubla ardıcıl 5 dəfə çempion olmağı bacaran ikinci baş məşqçi olub.


Xezerxeber.az xəbər verir ki, 51 yaşlı italiyalı mütəxəssisin klubu İtaliya çempionatının 33-cü turu çərçivəsində öz meydanında "Fiorentina”nı qəbul edib. Rəqibini 2:1 hesabı ilə məğlubiyyətə uğradan "Yuventus” rəqibləri üçün əlçatmaz olub. Turin təmsilçisi bu nəticə ilə ardıcıl 8-ci dəfə İtaliya çempionu olub.


Qeyd edək ki, Alleqridən əvvəl bunu Miqel Munyos bacarıb. O, "Real Madrid” klubu ilə 1961-1965-ci illərdə İspaniya çempionatının qalibi olub.

Xəbər lenti