Xəzər Xəbər

Həftənin ən yaxşı qolunun müəllifi adına namizədlər müəyyənləşib

İdman | 11:35 • 14 Mart 2019
Həftənin ən yaxşı qolunun müəllifi adına namizədlər müəyyənləşib

Martın 14-də UEFA Çempionlar Liqasının səkkizdəbir final mərhələsində vurulan ən yaxşı qolun müəllifi adına namizədlər açıqlanıb.


AZƏRTAC UEFA-nın saytına istinadla xəbər verir ki, namizədlər arasında danimarkalı Lasse Şöne ("Ayaks”, Hollandiya), serbiyalı Dusan Tadiç ("Ayaks”, Hollandiya), argentinalı Lionel Messi ("Barselona”, İspaniya) və seneqallı Sadio Mane ("Liverpul”, İngiltərə) yer alıblar.


Həftənin ən yaxşı qolunun müəllifi UEFA-nın saytında azarkeşlər arasında aparılan səsvermə nəticəsində müəyyənləşəcək.

Xəbər lenti