Xəzər Xəbər

Xorvatiya millisində ciddi itki

İdman | 13:24 • 6 Mart 2019
Xorvatiya millisində ciddi itki

AÇ-2020-nin seçmə mərhələsində ilk oyunda millimizi qəbul edəcək Xorvatiya yığması ciddi itkiylə üzləşib.

XəzərXəbər 24sata.hr saytına istinadən xəbər verir ki, "damalılar"ın hücumçusu Ante Rebiç sıradan çıxıb. 25 yaşlı futbolçu "Ayntraxt"ın heyətində Bundesliqanın 24-cü turunda "Hoffenhaym"a qarşı matçda zədələnib. Futbolçunun zəddəsinin ciddi olduğu üçün Belqrada müayinədən keçməyə gedib. Rebiç zədə səbəbindən Avropa Liqasında "İnter"lə görüşün iştirak ərizəsinə salınmayıb. Onun millimizlə oyuna hazır olub-olmayacağı məlum deyil.

Zlatko Daliç Rebiçin alternativi kimi Zaqreb "Dinamo"sunda oynayanBruno Petkoviçi görür.

Qeyd edək ki, Xorvatiya -Azərbaycan oyunu martın 21-də baş tutacaq.

Rubrikanın digər xəbərləri

Xəbər lenti