Xəzər Xəbər

Tokioda 2020-ci ildə keçiriləcək Yay Olimpiya və Paralimpiya Oyunlarında siqaret çəkmək qadağan olunacaq

İdman | 11:42 • 24 Fevral 2019
Tokioda 2020-ci ildə keçiriləcək Yay Olimpiya və Paralimpiya Oyunlarında siqaret çəkmək qadağan olunacaq

Tokio-2020 Olimpiya və Paralimpiya Oyunlarının təşkilat komitəsi yarışların keçiriləcəyi yerlərdə və ətraf ərazilərdə siqaret çəkilməsini tamamilə qadağan etməyi planlaşdırır.


AZƏRTAC xəbər verir ki, əvvəlcə təşkilat komitəsi yalnız olimpiya yarışlarının keçiriləcəyi obyektlərin içərisində siqaret çəkilməsinin qadağan edilməsini müzakirə edirdi. Bununla yanaşı, təşkilat komitəsi tamaşaçılar və xidməti personalı üçün siqaret çəkmək məqsədilə xüsusi yerlər ayrılmasını nəzərdə tuturdu.


Lakin hazırda təşkilat komitəsinin üzvləri bütün olimpiya obyektlərində və onların ətrafında siqaret çəkilməsini qadağan etmək niyyətindədirlər.


Bildirilir ki, bu qərar Beynəlxalq Olimpiya Komitəsinin və Beynəlxalq Səhiyyə Təşkilatının siyasəti ilə üst-üstə düşəcək. Bu iki təşkilat Olimpiya Oyunları zamanı siqaretin qadağan edilməsini təbliğ edir.

Xəbər lenti